Gürcüstanın gömrük nəzarəti məntəqələrində robotlar fəaliyyət göstərəcək
Tbilisi, 26 mart, AZƏRTAC
Gürcüstanın gömrük nəzarəti xidmətinin təşkilində robotlardan istifadə ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib.
Onun sözlərinə görə, robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək. Bu da gömrük nəzarəti işində problemlərin həllini asanlaşdıracaq.
Nazir deyib ki, dünyanın inkişaf etmiş bir sıra ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edir. Gürcüstan da bu təcrübədən faydalanacaq.
Qırğızıstan milli valyutasını ölkə daxilində çap edəcək
Norveç dəniz dibindən metal çıxarmağı planlaşdırır
Niderland Ali məhkəməsi skif qızılının Ukraynaya verilməsini qərara alıb
Qazaxıstan Türkiyəyə elektrik enerjisi ixrac etməyi planlaşdırır
Pakistan hərbi-dəniz alyansının formalaşdırılması barədə İranın təklifinə baxacaq