Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Bakı, 26 mart, AZƏRTAC
Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.
Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO