Ələtdə qətl törədən şəxs tutulub
Bakı, 26 mart, AZƏRTAC
Qaradağ rayonu Ələt qəsəbəsində qətl törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cu il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.
Qazaxda çətənə kolları məhv edilib
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs barəsində inzibati həbs tətbiq olunub
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib