Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB
Bakı, 25 mart, AZƏRTAC
Qaradağ rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən ekspert və kriminalistin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, ölüm səbəbi, xəsarətlərin yaranma mexanizmi və digər halların müəyyən edilməsi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə məlumat veriləcək.
22:33
Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs barəsində inzibati həbs tətbiq olunub
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO