Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək
Moskva, 25 mart, AZƏRTAC
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində deyib.
V.Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş edib.
Rusiya lideri iyulun 1-də Belarusda taktiki nüvə silahı üçün anbarın tikintisinin başa çatacağını, nüvə başlığı daşıyan “İsgəndər” raket sistemlərinin isə artıq Belarusa verildiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Kiyevə müharibə dövründə ən kütləvi dron hücumu olub, ölən və xəsarət alanlar var
Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Avstriya Ukraynanın minalardan təmizlənməsi üçün 2 milyon avro ayıracaq
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər