Avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir
Şuşa, 25 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir tibbi yardım maşını aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların iki minik və bir təminat avtomobili də Laçına doğru gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Peruda Ulu Öndərin 100 illiyi və Müstəqillik Günü təntənəli qeyd edilib
Yekaterinburqda Azərbaycanın Müstəqilliyi Günü və Ümummilli Liderin 100 illik yubileyi qeyd olunub
Şahbaz Şərif: Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək
İsveçin paytaxtında Azərbaycanın Müstəqillik Günü qeyd olunub