Brüsseldə Cənubi Azərbaycan türklərinin izdihamlı mitinqi keçirilir VİDEO
Brüssel, 25 mart, AZƏRTAC
Bu dəqiqələrdə Brüsseldə Avropa Parlamentinin binasının qarşısında “Azadlıq və ədalət yürüşü” mitinqi keçirilir. AZƏRTAC xəbər verir ki, izdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak edirlər. Onlar Fransa, AFR, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət”dir.
Mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Bu ilin sentyabrına qədər Zabux kəndi zabuxluların sərəncamına veriləcək
Azərbaycan Prezidenti: Laçın şəhərində hər şey çox böyük zövqlə yaradılır