Bakıda Mikayıl Müşfiqin və Vitautas Maçernisin poeziya gecəsi keçiriləcək
Bakı, 25 mart, AZƏRTAC
Martın 29-da Bakı Marionet Teatrında Azərbaycan şairi Mikayıl Müşfiqin və Litva şairi Vitautas Maçernisin yaradıcılığına həsr edilmiş “Yenə o bağ olaydı” mövzusunda poeziya gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Litvanın Azərbaycandakı səfirliyidir. Gecədə şair və musiqiçilər Eqidius Navikas, Natəvan Məcidova, Fərizə Babayeva, Gülnur Məmmədova və Cəlal Səmədov Müşfiqin və Maçernisin ən məşhur əsərlərindən parçaları deklamasiya deyəcəklər. Gecənin aparıcısı rəssam Adilə Əfəndidir.
Gecədə yaradıcı ziyalıların nümayəndələri iştirak edəcəklər.
Rafet El Roman yenidən Bakıda konsert verib
Braziliyada Azərbaycanın Müstəqillik Günü münasibətilə caz konserti təşkil edilib
Ölkəmiz Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında təmsil olunub
Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert