Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
Bakı, 25 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında 128 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 147,3 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 150,9 milyon dollar olmaqla 114,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Hesabat dövründə 42,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib. İdxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 78,8 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 67,7 milyon dollar olmaqla 31 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
Səkkiz ayda 273 min 750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası açıqlanıb
Bu ilin yanvar-avqust ayları ərzində 337 min 787 çıxarış verilib
Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi keçirilir
Azad rəqabət mühitinin formalaşdırılmasında Heydər Əliyevin roluna həsr olunmuş forum keçirilib