“Ulu Öndər – Müstəqil Azərbaycanın qurucusu” müsabiqəsinə məqalələr qəbul olunur
Bakı, 25 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün təşkil olunan “Ulu Öndər – Müstəqil Azərbaycanın qurucusu” müsabiqəsinə məqalə qəbulu davam edir. Məqalələr aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Təqdim olunan məqalələr komissiya tərəfindən qiymətləndiriləcək. Seçilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.
Qaliblərə diplom və pul mükafatı veriləcək.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]
Görkəmli alim Aslan Məmmədlinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransı başa çatıb
Amerikalı mütəxəssis Mədəniyyət və İncəsənət Universitetində olub
DİM: Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır
“Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək