Propilenin sopolimerlərinin ixracı artıb
Bakı, 25 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 10,3 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac olunan məhsulun dəyəri isə 13 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin müvafiq aylarında Azərbaycandan 5,2 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac edilib, həmin ixracın dəyəri 8,5 milyon dollar olub.
KOBİA nümayəndələri daha bir müəssisənin fəaliyyəti ilə tanış olublar
DGK: Dörd ayda ixrac edilən polipropilenin dəyəri 44,2 milyon dollar olub
İxrac olunan polietilenin həcmi açıqlanıb
“Yaşıl iqtisadiyyat”a keçid müasir dövrün aktual məsələlərindən biridir