×
A
A
A
Sazlamalar

Yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında 800 mindən artıq ağac əkilib

Bakı, 25 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, dünən və bu gün Bərdə, Şəmkir, Tovuz, Şamaxı, Qəbələ, Şəki, Quba, Şabran və Lənkəran rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 20 mindən çox ağac əkilib.
“Yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında ümumilikdə 800 mindən artıq ağac əkilib, 20 ton toxum səpilib”.

Ekologiya 2023-03-25 15:44:00