×
A
A
A
Sazlamalar

“Böyük biliklərin” analitikasının elmi-nəzəri əsasları tədqiq olunacaq

Bakı, 25 mart, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda cari ildə “Böyük biliklərin” analitikasının (Big Knowledge Analytics) elmi-nəzəri əsasları tədqiq olunacaq.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində “Big Data” analitikası və “Data Mining” problemləri üzrə tədqiqatlar aparılacaq. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Avstraliya Federativ Universiteti və Melburn Kral Texnologiya İnstitutu ilə klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənməsi mövzusu üzrə araşdırmalar davam etdiriləcək.

Texnologiya 2023-03-25 14:18:00