Novruz bayramında Abşeron Milli Parkında bir gün
Bakı, 25 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar elan olunan tətil günlərində Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı bir gün keçirilib. Milli parkı ziyarət edən turistlərin, dəvətli qonaqların qatıldığı əyləncədə “Zağulba FM” komandası iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komandanın təşkilatçılığı, ziyarətçilərin iştirakı ilə gitarada canlı musiqi ifa olunaraq ocaq ətrafında maraqlı söhbətlərlə əsl kamp həyəcanı yaşanıb. Bununla yanaşı, ziyarətçilər Günəşin qürubunu da izləyiblər.
Eyni zamanda, tədbir zamanı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ziyarətçilərə açıq havada yaddaqalan və əyləncəli istirahət yaşatmaq məqsədilə növbəti kamp əyləncəsinin may ayında təşkil olunması planlaşdırılır.
Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb
Ermənistan Espo Konvensiyasının şərtlərinə əməl etməzsə, ona qarşı iddia qaldırıla bilər
Sabah ölkənin bəzi ərazilərində hava yağıntılı olacaq
"Havanı kim çirkləndirir?" layihəsi çərçivəsində zavod rəhbərliyi cərimələnib