×
A
A
A
Sazlamalar

Dövlət sərhədini pozmağa cəhd göstərən Gürcüstan vətəndaşı saxlanılıb VİDEO

Bakı, 25 mart, AZƏRTAC

Martın 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Cəmiyyət 2023-03-25 12:20:00

Video