Yanvar-fevral aylarında 43,6 min ton neft koksu ixrac olunub
Bakı, 25 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında ölkədən 43,6 min ton neft koksu ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 17 milyon 969,8 min ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 31 min tona yaxın və ya 5 milyon 837,6 min dollar dəyərində neft koksu ixrac edilib.
Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb
Dünya birjalarında neft ucuzlaşıb
“Cotidianul”: Rumıniya Azərbaycandan 2024-cü ildə də qaz tədarük etmək istəyir
Dövlət Neft Fondu AÇG yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirləri açıqlayıb