×
A
A
A
Sazlamalar

Kamera və Orqan Musiqisi zalında konsert - Qara Qarayev və tələbələri

Bakı, 25 mart, AZƏRTAC

Martın 29-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Qara Qarayev və tələbələri” adlı orqan musiqisi axşamı təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, unudulmaz bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunacaq konsertdə bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mədəniyyət 2023-03-25 11:29:00