İxrac edilən neft məhsullarının həcmi artıb
Bakı, 25 mart, AZƏRTAC
Yanvar-fevral aylarında ölkədən 150 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 97 milyon ABŞ dollarından çoxdur.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 117,2 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 62,5 milyon dollar olub.
Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb
Dünya birjalarında neft ucuzlaşıb
“Cotidianul”: Rumıniya Azərbaycandan 2024-cü ildə də qaz tədarük etmək istəyir
Dövlət Neft Fondu AÇG yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirləri açıqlayıb