×
A
A
A
Sazlamalar

ABŞ-də şokolad fabrikində partlayış olub: ölən və yaralananlar var - YENİLƏNİB VİDEO

Bakı, 25 mart, AZƏRTAC

ABŞ-nin Pensilvaniya ştatının Uest-Redinq şəhərində şokolad fabrikində baş vermiş parlayış və yanğın nəticəsində azı iki nəfər həlak olub. Doqquz nəfərin taleyi isə məlum deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb. Şəhər polis idarəsinin rəisi Ueyn Holbenin sözlərinə görə, partlayışın səbəbi hələ ki müəyyən edilməyib.
Hadisə nəticəsində xəsarət alan 8 nəfər isə Uest-Redinq xəstəxanasına yerləşdirilib.
Daha əvvəl 6 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilmişdi.

07:46

ABŞ-nin Pensilvaniya ştatının Uest-Redinq şəhərində şokolad fabrikində parlayış və ardınca yanğın baş verib.
AZƏRTAC NBC 10 telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri və fabrikdə nə qədər əməkdaşın olması barədə məlumat verilməyib.

Dünya 2023-03-25 08:49:00

Video