Son sutkada COVID-19 infeksiyasına 25 yoluxma qeydə alınıb
Bakı, 24 mart, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 25 yoluxma qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 15 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 160 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 353, bu günə qədər isə ümumilikdə 7 milyon 551 min 588 test icra olunub.
İyunun 5-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
İyunun 5-də Azərbaycanda COVID-19 infeksiyasına 1 yoluxma faktı qeydə alınıb
TƏBİB İsveçdə keçirilən fövqəladə hallara hazırlıq üzrə beynəlxalq təlimdə təmsil olunub