ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib
Bakı, 24 mart, AZƏRTAC
Dəniz Səttarlının və Fidan Qarayevanın Massaçusets Texnologiya İnstitutuna qəbul olmaqlarını alqışlayırıq!
AZƏRTAC xəbər verir ki, bu, ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi feysbuk səhifəsində azərbaycanlı abituriyentlərin ABŞ-də tələbə adını almaları ilə bağlı paylaşımında yer alıb. Paylaşımda yazılıb: “Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur”.
TKTA rəhbəri: Sumqayıt Dövlət Universitetinin akkreditasiya nəticəsi “qismən uyğundur” hesab edilib
Təhsil İnstitutu Məktəbin İnkişaf Planı üzrə seminarları davam etdirir
“Kimya problemləri” jurnalının “Scopus” indeksləşmə bazasında ötən il üçün impakt faktoru açıqlanıb
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində özbəkistanlı alimlərlə görüş
“Əmir Əlişir. Həyatı və yaradıcılığı” kitabı Azərbaycan dilində çap olunub