Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb
Bakı, 24 mart, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən Su konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktorunun müavini xanım Daniels Uqoçi ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə su ehtiyatlarının azalması, səmərəli idarə edilməsi, qlobal iqlim dəyişikliyi ilə mübarizə, erkən xəbərdarlıq və müasir müşahidə sistemlərinin vacibliyi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə D.Uqoçi ötən il Zəngilan rayonunun Ağalı kəndində "Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətinə diqqət çəkib. O, xüsusilə regionda su məsələləri üzrə gələcək əməkdaşlığın formalaşması istiqamətində görülən işlərdən bəhs edib və qəbul olunan qərarların vacibliyini vurğulayıb.
D.Uqoçi, həmçinin bu il Ağdam rayonunda Azərbaycan və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında keçirilən "İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr" haqqında da müsbət fikirlərini bildirib.
Xızı rayonunda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib
Faktiki hava: Tovuz, Goranboy və Gədəbəyə dolu düşüb
Azərbaycanda ətraf mühitlə bağlı məsələlər ən yaxşı təcrübələr nəzərə almaqla idarə edilir
Avropa qitəsinin quruda ən ucqar şərq nöqtəsində bir gün
Ümumdünya Ətraf Mühit Günü münasibətilə elektrik avtomobillərinin yürüşü keçirilib