Ermənistan tərəfi mövqelərimizi atəşə tutub
Bakı, 24 mart, AZƏRTAC
Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Heydər Əliyev adına Hərbi İnstitutda şəhid zabitin xatirəsi anılıb
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar VİDEO
Müdafiə naziri Gürcüstanda keçirilən hərbi paradda iştirak edib