Bir ay əvvəl itkin düşən Ağdaş sakininin meyiti tapılıb
Bakı, 24 mart, AZƏRTAC
Bir ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC bildirilib ki, ötən ayın 23-də itkin düşən 1963-cü il təvəllüdlü Ağdaş şəhər sakini Rəcəbov Comərd Musa oğlunun meyiti bu gün günorta saatlarında Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən su kanalında aşkar edilib.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllılar narkomaniyanın insanların sağlamlığına vurduğu fəsadlar barədə məlumatlandırılıblar
Mehdiabad qəsəbəsində alimentə görə qətl törədilib
Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib VİDEO