Akademik Rus Dram Teatrının kollektivi Gəncədə çıxış edib
Gəncə, 24 mart, Elcan Məmmədov, AZƏRTAC
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Gəncə şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv Gəncə Dövlət Dram Teatrının səhnəsində Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində nümayiş olunub.
Tamaşada rolları Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Maqsud Məmmədov, Naina İbrahimova, Bella Safina, aktyorlar Murad Məmmədov, Teymur Rəhimov, Olqa Arsentieva, Həcər Ağayeva, Yeganə Hüseynli, Mariya Dubovitskaya, Fəridə Nesterenko, Milana Sokolenko, İbrahim Çingiz və başqaları ifa ediblər. 2 saat 30 dəqiqə davam edən ikipərdəli tamaşa anşlaqla keçib.
Naxçıvan Muxtar Respublikasında “Təqib və İzləmə” sisteminin təqdimatı olub
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bəyan edən növbəti mesajdır
Taxıl biçini-2023: Respublika üzrə arpa sahələrinin 23 faizində biçin başa çatıb
ADAU-nun ixtisası beynəlxalq akkreditasiyadan keçib
Azərbaycanda yaradılan ilk mavigilə təsərrüfatından - REPORTAJ