Şəmkirdə zəlzələ qeydə alınıb
Bakı, 24 mart, AZƏRTAC
Şəmkirdə yeraltı təkan qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda baş verib.
Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.
İsmayıllılar narkomaniyanın insanların sağlamlığına vurduğu fəsadlar barədə məlumatlandırılıblar
Mehdiabad qəsəbəsində alimentə görə qətl törədilib
Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib VİDEO