×
A
A
A
Sazlamalar

BNA "Qarabağ" və "Qalatasaray" oyunu ilə əlaqədar azarkeşlərin daşınması üçün ekspress marşrutlar təşkil edib

Bakı, 24 mart, AZƏRTAC

"Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspress marşrutlar təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, ekspress xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18-dən başlayaraq icra ediləcək. Ekspress xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək.
Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.

 

Cəmiyyət 2023-03-24 11:56:00