"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Bakı, 24 mart, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasınadək çəkilməsi həyata keçiriləcək. Ümumilikdə xəttin uzunluğu 5 kilometrdir. Borudüzən gəmini təyinat nöqtəsinə Xəzər Dəniz Neft Donanmasının “Lyutoqa” və “Om” yedək gəmiləri çatdırıblar.
Paytaxtın müxtəlif ərazilərində 231 avtobusun hərəkət intervalında gecikmələr var
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Bakı-Tbilisi reysini yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir