×
A
A
A
Sazlamalar

Ağdam rayonunun Qiyaslı kəndi FOTO

Bakı, 24 mart, AZƏRTAC

Ağdam rayonunun Qiyaslı kəndi eyniadlı kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qiyaslı kəndinin görüntülərini təqdim edir.

Regionlar 2023-03-24 10:00:00