×
A
A
A
Sazlamalar

Rüfət Quliyev: Fransa hakimiyyəti Ermənistanın tərəfini tutmaqdansa, öz daxilindəki problemləri həll etsin

Bakı, 23 mart, AZƏRTAC

Fransa əvvəlcə gözlərini açıb baxsın, Laçın-Xankəndi yolu bağlı deyil, açıqdır, aylardır minlərlə nəqliyyat vasitəsi maneəsiz gedib-gəlir. Heç bir ölkənin ixtiyarı yoxdur ki, Azərbaycana diktə eləsin. Bu, mümkün deyil, biz müstəqil dövlətik və bütün dövlətlərin müstəqilliyini tanımışıq. Fransa əvvəlcə problemi özündə axtarsın.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev söyləyib.
O bildirib ki, torpaqlarımızın ermənilər tərəfindən 30 illik işğalına göz yuman Fransa və digər ölkələr heç bir addım atmadılar. Ermənistanı məcbur etmədilər ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirsin. Azərbaycan məcbur olub, BMT TŞ-nin qətnamələrini özü öz gücünə yerinə yetirdi.
Fransa xalqının prezidentlərinə, mövcud hakimiyyətə etirazlarının get-gedə artdığını söyləyən Rüfət Quliyev deyib: “Bu gün Fransada problemlər, nümayişlər baş alıb gedir. Fransa hakimiyyəti Ermənistanın tərəfini tutmaqdansa, öz daxilindəki problemləri həll etsin. Bunu elə Korsikadaki dil problemi ilə əlaqədar da demək olar. Özünü “demokratiyanın beşiyi” sayan ölkənin daxilində etirazlar gündə-günə artırsa və buna məhəl qoyulmursa, o dövlətin danışmağa haqqı yoxdur”.

 

Siyasət 2023-03-23 23:54:00