Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 23 mart, AZƏRTAC
Bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin, 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, A.Əliyev vəfat edib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Faktiki hava: Xınalığa dolu düşüb
Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır
Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir
Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin
Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb