×
A
A
A
Sazlamalar

Son sutkada COVID-19 infeksiyasına 19 yoluxma qeydə alınıb

Bakı, 23 mart, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 969 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 181 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 440, bu günə qədər isə ümumilikdə 7 milyon 551 min 235 test icra olunub.

Səhiyyə 2023-03-23 22:02:00