Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Bakı, 23 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli şəhid İlqar Hümbətovun Bakının Ramana Yaşayış Kompleksində yaşayan ailəsini ziyarət edib.
Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ailə ilə görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi yaşayacağı vurğulanıb.
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib, sosial ödənişlər təyin olunub. Ailənin sosial vəziyyətinin bundan sonra da daim diqqətdə saxlanılacağı bildirilib.
Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan İlqar Hümbətov Prezident İlham Əliyevin sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Texnologıyalar qlobal ərzaq təminatına necə kömək edə bilər?
DOST Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş olub
Cenevrədə BƏT-in 111-ci illik sessiyası keçirilir