Rusiya XİN azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsinə münasibət bildirib
Moskva, 23 mart, AZƏRTAC
Azərbaycan əhalisinin Ermənistana qayıtması (Qərbi Azərbaycan – red.) tərəflər arasında dialoqda nəzərdən keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bilirsiniz ki, bu mövzu çox həssas xarakter daşıyır. Bu, iki xalqın barışığı kontekstində tərəflər arasındakı dialoqda nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinin əsasını ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi təşkil edir. O, humanitar problemlərini də əhatə edir. Bu günə olan ən vacib vəzifə qeyd edilən razılaşmaların bütün müddəalarının Bakı və Yerevan tərəfindən ardıcıl şəkildə həyata keçirilməsidir”, – deyə M.Zaxarova vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyəti ilə görüşüb
AŞPA-nın həmməruzəçiləri Azərbaycanda parlament və hökumətin fəaliyyəti ilə maraqlanıblar