Millimizin yoldaşlıq oyunlarını yerli hakimlər idarə edəcəklər
Bakı, 23 mart, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.
Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək.
Bundan üç gün sonra komandaların ikinci duelində əsas hakim Əli Əliyev olacaq. Orxan İbişov və Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.
“Kəpəz” klubu Nəbiyev qardaşları ilə yollarını ayırıb
Bundesliqa təmsilçisi Yaponiya millisinin üzvü ilə vidalaşıb
“Borussiya” klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib
“Sumqayıt” klubu Mehdi Cənnətov ilə üçillik müqavilə imzalayıb
Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib