×
A
A
A
Sazlamalar

“Qarabağ” - “Qalatasaray” oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq

Bakı, 23 mart, AZƏRTAC

“Qarabağ”la İstanbulun “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.
AZƏRTAC xəbər verir ki, azarkeşlər həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

İdman 2023-03-23 14:12:00