İtaliyalı futbolçu MLS klubu ilə müqavilə imzalayıb
Bakı, 23 mart, AZƏRTAC
İtaliyanın “Bolonya” futbol klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı italiyalı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub.
Tərəflər 2023-cü il dekabrın 31-dək müqavilə imzalayıblar. Mərkəz müdafiəçisi daha əvvəl də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrınadək bu komandada 17 rəsmi oyuna çıxıb.
“Spetsiya”nın yetirməsi olan Korbo 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.
“Kəpəz” klubu Nəbiyev qardaşları ilə yollarını ayırıb
Bundesliqa təmsilçisi Yaponiya millisinin üzvü ilə vidalaşıb
“Borussiya” klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib
“Sumqayıt” klubu Mehdi Cənnətov ilə üçillik müqavilə imzalayıb
Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib