Aynur Rzayeva Azərbaycanın boks tarixinə düşüb
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Çempionatda 81 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən millimizin üzvü dörddəbir finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, hər üç raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 hesabı ilə qələbə qazanıb. A.Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən A.Rzayeva ilkə imza atıb. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.
Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir