×
A
A
A
Sazlamalar

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 23 mart, AZƏRTAC

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan “metamfetamin”, “heroin”, “tiryək” və “marixuana” aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2023-03-23 10:23:00