Argentinalı qapıçının vurduğu qol “Ginnesin rekordlar” kitabına düşə bilər
Bakı, 23 mart, AZƏRTAC
Çilinin "Kobresal" klubunun argentinalı qapıçısı Leandro Rekena inanılmaz qola imza atıb.
AZƏRTAC xəbər verir ki, “Kolo-Kolo” klubu ilə Çili çempionatı oyununun 77-ci dəqiqəsində “Kobresal” 2:0 hesabı ilə öndə olarkən qapıçı topu güclü zərbə ilə qarşı tərəfə göndərib. “Kolo-Kolo”nun qapıçısı Brayan Kortez mövqeyindən xeyli uzaqlaşdığı üçün topun qapıdan keçməsinə mane ola bilməyib.
“TNT Sports Chile”nin məlumatına görə, Rekena qolu 101 metr məsafədən vurub və bu da mütləq rekordun qırıla biləcəyi deməkdir. Daha əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən qol 96,01 metrdən vurulub. Bunu 2021-ci ildə “Nyuport”un qapıçısı Tom Kinq bacarıb.
Matçdan sonra Rekena klubun “Ginnesin rekordlar” kitabına müraciət edəcəyini açıqlayıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir