×
A
A
A
Sazlamalar

İtaliya Super kuboku yarışları növbəti mövsümdən yeni formatda keçiriləcək

Bakı, 23 mart, AZƏRTAC

Futbol üzrə İtaliya Super kuboku yarışları 2023-2024-cü il mövsümündən etibarən yeni formatda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yeni mövsümdən yarış dörd komandanın iştirakı ilə təşkil olunacaq.
İştirakçılardan ikisi A Seriyasını ilk iki pillədə başa vuran, digər ikisi isə İtaliya kuboku yarışlarının finalına vəsiqə qazanan komandalar olacaqlar.

İdman 2023-03-23 02:51:00