×
A
A
A
Sazlamalar

Antonio Espinos növbəti dəfə Avropa Karate Federasiyasının prezidenti seçilib

Bakı, 23 mart, AZƏRTAC

Antonio Espinos növbəti dəfə Avropa Karate Federasiyasının (EKF) prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə EKF-nin rəsmi saytı məlumat yayıb.
Yetmiş altı yaşlı Espinosun prezidentliyi İspaniyanın Qvadalahara şəhərindəki konqresdə yekdilliklə qəbul edilib.
Antonio Espinos 1997-ci ildən Avropa Karate Federasiyasına rəhbərlik edir.

İdman 2023-03-23 01:44:00