Lənkəran teatrı azyaşlı tamaşaçıları sevindirəcək
Lənkəran, 23 mart, İlkin Adıyev, AZƏRTAC
Martın 23-dən etibarən Lənkəran Dövlət Dram Teatrının truppası Novruz bayramı münasibətilə azyaşlı tamaşaçılarına Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu "Gəl baharım, gəl yazım" tamaşasını təqdim edəcək.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Ağaddin Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Novruzun əsas personajlarından Keçəl, Kosa, Bahar qız və digərlərinin yer aldığı bu səhnə əsərinin quruluşçu rəssamı Banuçiçək Sadıqova, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları aktyorlardan Allahverən Babayev, Səyad Əliyev, Hikmət Cəfərov, Amil İbrahimli, Gülər Kərimli, Əlirza Şahbazi, Vəfa Hacızadə və digərləri ifa edəcəklər.
Tamaşa gündə 2-3 seans olmaqla martın 27-dək nümayiş etdiriləcək.
Naxçıvan Muxtar Respublikasında “Təqib və İzləmə” sisteminin təqdimatı olub
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bəyan edən növbəti mesajdır
Taxıl biçini-2023: Respublika üzrə arpa sahələrinin 23 faizində biçin başa çatıb
ADAU-nun ixtisası beynəlxalq akkreditasiyadan keçib
Azərbaycanda yaradılan ilk mavigilə təsərrüfatından - REPORTAJ