×
A
A
A
Sazlamalar

Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb

Bakı, 22 mart, AZƏRTAC

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Hadisə 2023-03-22 19:35:00