Mesut Özil futbolçu karyerasını bitirib
Bakı, 22 mart, AZƏRTAC
“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.
Türkiyə karyerasına 2021-ci ildə "Fənərbaxça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.
Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.
“Sumqayıt” klubu Mehdi Cənnətov ilə üçillik müqavilə imzalayıb
Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
Həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub
Bakıda keçirilən dünya çempionatında 24 ölkədən taekvondoçular mükafatçılar sırasında yer alıblar
Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb