×
A
A
A
Sazlamalar

Bakı sakini: Güclü dövlətin vətəndaşı olduğum üçün çox qürur duyuram

Bakı, 22 mart, Emil Məlikov, AZƏRTAC

Bu il ölkəmizdə Novruz bayramı çox yüksək səviyyədə təşkil olunub. Bu da bizi sevindirir. Ailəvi olaraq İçərişəhərə gəlmişik, uşaqlar əylənirlər. Keçən illərə nisbətən bu il bahar bayramımız daha şən keçir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı təntənəli Novruz şənliyini izləyən Bakı sakini Könül Səfərova deyib.
“Bakının hər yerində əyləncəli Novruz bayramı şənlikləri təşkil edilir. İnsanları şən və xoşbəxt görmək gözəl təəssüratlar yaradır. Güclü dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Ölkəmizin zamanla daha da çiçəkləndiyini, gücləndiyini görmək insana qürurverici hisslər yaşadır", - deyə K.Səfərova bildirib.

Mədəniyyət 2023-03-22 15:06:00