Azərbaycan şahmatçıları üçüncü Avropa Oyunlarında mübarizə aparacaqlar
Bakı, 22 mart, AZƏRTAC
Polşanın ev sahibliyi edəcəyi üçüncü Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da olacaq.
AZƏRTAC xəbər verir ki, qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı, daha 7 ölkə yarışda iştirakçı olacaq.
Reqlamentə görə, komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb