MOK rəsmisi ANOC-un seminarında iştirak edib
Bakı, 22 mart, AZƏRTAC
İordaniyanın paytaxtı Əmmanda Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) idman direktorlarının ikinci seminarı keçirilib. Seminara Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev də qatılıb.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, ANOC-un baş katibi Qunilya Lindberqin çıxışından sonra “Tokio-2020” Yay və “Pekin-2022” Qış Olimpiya oyunlarında yaranan problemlər müzakirə olunub. Akkreditasiya, idmançıların yerləşdirilməsi, idmançılar və məşqçilərin oyunlardan kənar münasibətləri, idmançıların təhlükəsizliyi kimi mövzuları ətrafında müzakirə aparılıb.
Həmçinin seminarda Milli Olimpiya Komitələrinin federasiyalarla əməkdaşlığının gücləndirilməsi, idmançı və məşqçilərlə birgə fəaliyyətlə bağlı təkliflər səsləndirilib.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb