Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb
Bakı, 22 mart, AZƏRTAC
Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlu martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Onu tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs barəsində inzibati həbs tətbiq olunub
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO