×
A
A
A
Sazlamalar

Market işçisi 10 min manatlıq ərzaq oğurladı

Bakı, 22 mart, AZƏRTAC

Paytaxtın Nərimanov rayonunda marketdən 10 min manatlıq ərzaq malları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 min manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

 

Cəmiyyət 2023-03-22 11:16:00